Baş konsul Zamin Məmməd oğlu Əliyev diplomatik xidmətdə uzunillik təcrübəyə malik peşəkar diplomatdır.
Zamin Əliyev 1979-cu il oktyabrın 8-də Ağdam rayonunda anadan olub.
O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə isə həmin ixtisas üzrə magistratura təhsilini başa vurub.
Zamin Əliyev diplomatik fəaliyyətə 2001-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində başlayıb.
Onun əmək fəaliyyəti aşağıdakı mərhələləri əhatə edir:
2001–2005 – Xarici İşlər Nazirliyinin Birinci Qərb Ərazi İdarəsində referent və attaşe; 2005–2008 – Azərbaycanın Macarıstandakı səfirliyində attaşe və üçüncü katib; 2008–2011 – Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində üçüncü və ikinci katib; 2011–2017 – Türk Dövlətləri Təşkilatında layihə direktoru; 2017–2020 – Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində birinci katib və şöbə müdiri; 2020–2021 – Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini; 2021–2024 – Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini.Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2024-cü il tarixli sərəncamı ilə Zamin Əliyev Azərbaycanın Türkiyənin Qars şəhərində baş konsulu təyin edilmişdi.
Zamin Əliyev türk, ingilis və rus dillərini sərbəst bilir.
O, ailəlidir və üç övladı var.