Azərbaycan Türkiyəyə yeni səfir təyin edib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.