Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib

User 18 İyun 2026 - 19:54 (Last updated: 18 İyun 2026 - 20:56)
6a3413b6337f76a3413b6337f817817978146a3413b6337f56a3413b6337f6

18 iyun tarixində Riqa şəhərində Azərbaycan Respublikası və Latviya Respublikası Xarici İşlər Nazirlikləri arasında strateji dialoqun növbəti iclası keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyində dövlət katibinin müavini, siyasi direktor İvars Lasis rəhbərlik edib.

Görüş zamanı Azərbaycan ilə Latviya arasında mövcud siyasi münasibətlərin cari vəziyyəti geniş şəkildə müzakirə olunub və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, eləcə də müntəzəm təmasların ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.

Dialoq çərçivəsində ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri kontekstində əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.

Bununla yanaşı, müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.

Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma işləri və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.

Səfər çərçivəsində nazir müavini Fariz Rzayev həmçinin Latviyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzində dəyirmi masa müzakirələrində iştirak edib.

AzPost.az

Post navigation

Previous: Hörmüz boğazından 12,5 milyon barel neft daşınıb, İran heç bir tankerə atəş açmayıb –
Next: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır –

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.