Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə gedib?

2026-cı ilin yanvar-mart aylarında turizm məqsədilə xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı azalıb.

Valyuta.az xəbər verir ki, cari ilin ilk 3 ayında xaricə səfər edən işsiz şəxslərin sayı 887 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 nəfər və ya 2,95% azdır. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında bu kateqoriya üzrə xaricə səfər edənlərin sayı 914 nəfər olub.

İşsiz Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr arasında Gürcüstan və Rusiya ilk sıralarda yer alıb:

Gürcüstan – 404 nəfər

Rusiya Federasiyası – 173 nəfər

Çin – 56 nəfər

Birləşmiş Ərəb Əmirlikləri – 30 nəfər

Moldova – 25 nəfər

Özbəkistan – 23 nəfər

Belarus – 17 nəfər

Polşa – 17 nəfər

İran – 14 nəfər

Avstriya – 10 nəfər

Hindistan – 7 nəfər

İsrail – 3 nəfər

Niderland – 1 nəfər

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.