Azad edilmiş ərazilərdə daha 30 mina aşkarlanıb

06 Dekabr 2021 - 12:11

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, 29 noyabrdan 4 dekabra qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 3 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 19 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 70 hektar ərazi mina və PHS-lərdən təmizlənib.