Azarkeşlər “Neftçi”ni 40 min avro cərimələtdi

- UEFA-dan qərar
19 Oktyabr 2019 - 13:35

UEFA “Neftçi” klubunu 40 min avro cərimələyib.

“Report” xəbər verir ki, buna səbəb paytaxt təmsilçisinin avqustun 8-də UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrail “Bney Yehuda”sı ilə Bakıda 2:2 hesablı heç-heçə etikləri oyunda azarkeşlərin meydana kənar əşyalar atmasıdır.

Qeyd edək ki, avqustun 15-i səfərdəki cavab matçında 1:2 hesabı ilə məğlub olan “Neftçi” Avropa Liqasında mübarizəni dayandırıb.