Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

dövlət rüsumu
dövlət rüsumu

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bu gün keçirilən iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihədə aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:

Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi – 15 manat
Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi – 15 manat
Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi – 10 manat
Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi – 10 manat
Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi – 10 manat
Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi – 10 manat

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.