AZTV-nin teleaparıcının iki yaşlı qızının ölüm səbəbi nə olub?

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin köməkçisi, Xüsusi layihələr departamentinin rəhbəri Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.

“Report”un əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Tanınmış teleaparıcı Həmid Əsədzadənin iki yaşlı qız övladının ölüm səbəbi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, uşağın həyatını itirməsinə səbəb ürəyində yaranan problem olub.

Qeyd edək ki, Həmid Əsədzadə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədrinin köməkçisi, Xüsusi layihələr departamentinin rəhbəridir.

Əvvəlki məqalə

Pezeşkian İranın vitse-prezidentini Ermənistana səfərə göndərir

Sonrakı məqalə

Ölkədə Şəhidlərin xatirəsi 1 dəqqəlik sükutla yad edilib