Azərbaycan XİN-dən ABŞ Dövlət katibinə etiraz:"Bu fikirlər həmsədr ölkə statusuna uyğun gəlmir”

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Katibi Mayk Pompeonun açıqlamasına etiraz edib.

XİN-in Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mayk Pompeo bu ilin 15 oktyabr tarixində “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

“Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.

Bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir”, – deyə açıqlamada bildirilir.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir