Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycandan Cənubi Kiprə aviareys açıldığı barədə məlumat feykdir

User 24 Avqust 2024 - 22:48 (Last updated: 21 May 2025 - 20:15)
teyyare

Yunanıstan mətbuatı Azərbaycandan Cənubi Kiprə birbaşa aviareys açıldığı barədə feyk məlumat yayıb.

Məlumatda bildirilir ki, guya Bakıdan Cənubi Kiprin Larnaka şəhərinə birbaşa aviareyslərə başlanılıb və avqustun 21-də ilk uçuş yerinə yetirilib.

Lakin kiçik araşdırmadan məlum olur ki, yunan tərəfi siyasi məqsədlər, eyni zamanda Şimali Kip Türk Cümhuriyyətinin əhalisi arasında Azərbaycana qarşı narazılıq yaratmaq niyyəti ilə bilərəkdən yalan məlumat yayıb.

Belə ki, burada söhbət Bakının “Zirə” futbol komandasının Konfrans Liqasında Cənubi Kiprin “Omoniya” komandası ilə oyun üçün bu ölkəyə səfərindən gedir. “Zirə” komandası avqustun 21-də qarşılaşma üçün çarter reysi ilə Bakıdan Larnaka şəhərinə uçub. Qarşılaşma avqustun 22-də keçirilib.

Avqustun 23-də isə “Zirə” komandası çarter reysi Larnakadan Bakıya qayıdıb. Yunan tərəfi bunu bildiyi halda “Zirə”ni daşıyan təyyarənin səfərini Azərbaycanla Cənubi Kipr arasında birbaşa aviareyslərin başlanması kimi təqdim edərək, feyk məlumat yayıb.

Məlumdur ki, Azərbaycanın Cənubi Kiprlə nə diplomatik əlaqələri var, nə də bu diplomatik əlaqələri qurmağı planlaşdırır.

Əksinə, Azərbaycan son vaxtlar Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri daha da yaxınlaşdırmağa başlayıb.

Yunan tərəfinin məhz Azərbaycanla Şimali Kipr arasında münasibətlərə xələl gətirmək üçün bu cür ucuz üsullara əl atdığı şübhə doğurmur.

Post navigation

Previous: Allahşükür Paşazadə, Ramiz Mehdiyev və İren Melikoff 40 il əvvəl Fransada–
Next: XİN AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş şəxsləri “arzuolunmaz” elan edib

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib....
Read more about Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.