Azərbaycanla sülh sazişi imzalayandan sonra biz də Ermənistanla münasibətlərimizi bərpa edə bilərik- Şahbaz Şərif

Məmnunam ki, Ermənistanla artıq sülh sazişi üzərində danışıqlar gedir.

Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.

“Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətləri qurmayan bir neçə ölkədən biridir. Bu bizim mənəvi öhdəliyimizdir. Siz Ermənistanla sülh sazişini imzalayandan sonra bizə mesaj versəniz, biz bu məsələyə baxa bilərik. Yəni bu məsələdə də biz tam olaraq Azərbaycanı dəstəkləyirik”, – Baş nazir əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.