Bələdiyyə seçkilərində 41 min 462 namizəd mübarizə aparacaq

22 Dekabr 2019 - 13:20

Hazırda 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə  41462 nəfərin adı daxil edilib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında  deyib. O bildirib ki, seçkilərdə 13 siyasi partiyanın nümayəndələri də namizəd kimi qeydə alınıb: “Bu, böyük göstəricidir”.

Qeyd edək ki, seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.