Bərdədə canavar təsərrüfata hücum edib

172726477429163429_1200x630

Bərdədə canavar heyvandarlıq təsərrüfatına hücum edib.

Hadisə rayonun Mirzəxanlı kəndində qeydə alınıb. Gecə saatlarında Malik Əsgərovun təsərrüfatına hücum edən yırtıcı bir baş at balasını parçalayıb, bir baş atı isə yaralayıb. Bundan sonra qoyun sürüsünə hücum edən canavar təsərrüfat sahibləri tərəfindən uzaqlaşdırılıb(azərtac).