Bəşər Əsəd yenidən Suriya prezidenti seçilib

28 May 2021 - 00:49

Suriyada mayın 26-da keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb.

TASS-ın məlumatına görə, seçkinin nəticələrini Suriya parlamentinin sədri Hammud Sabaq ealn edib. Belə ki, hazırkı prezident Bəşər Əsəd seçicilərin 95,1%-nin səsini toplayaraq qalib olub.

Sabaqın sözlərinə görə, səsvermədə 14 milyon Suriya vətəndaşı iştirak edib.