Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən içki sexi aşkarlandı- AQTA (FOTO)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Trend-ə bildirilib ki, daxil olan məlumat əsasında Agentliyin əməkdaşları tərəfindən Bərdə rayonu, Qarabağ küçəsi 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sadiqi Namik Məmməd oğluna məxsus olan “Gogi” əmtəə nişanlı alkoqolsuz içki istehsalı sexində reyd keçirilib.

Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Bundan əlavə sexdə istifadə edilən xammalların mənşəyi və keyfiyyəti barədə təsdiqedici sənədlərin olmadığı müəyyən edilib. Alkoqolsuz içkilərin saxlama müddəti 30 gün olduğu halda, məhsulun üzərində 180 gün qeyd olunduğu, texnoloji ardıcıllıq prinsiplərinə əməl edilmədiyi, bütün prosesin eyni sahədə həyata keçirildiyi aşkarlanıb.

Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bibiheybət yolu”nda tikinti-bərpa işləri növbəti həftə yekunlaşacaq

Sonrakı məqalə

Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-dək uzadılıb