Bəşər Əsədin ordusu Türkiyə ilə sərhəd əraziyə girdi

 Suriya qoşunları şənbə günü Türkiyənin sərhədi yaxınlığında mühüm bir əraziyə çatıb.

Azpost.info “Amerikanın Səsi” radiosuna istinadən bildirir ki, Suriya rejiminə aid qüvvələr sərhəddə yerləşən Ras əl-Əyn şəhərinə daxil olub. Bu barədə dövlət xəbər agentliyi SANA xəbər verib.

Rejim qüvvələri Türkiyənin YPG-yə qarşı həftələrlə apardığı hərbi əməliyyat nətcəsində ələ keçirdiyi əraziyə daxil olub. SANA əlavə edib ki, qoşunlar həmçinin sərhədin 30 kilometr cənubundakı yolda yerləşdirilib. Türkiyə və suriyalı vasitəçilər oktyabrın 9-da kürdlərin nəzarət etdiyi ərazilərə hücumlar edib və sərhəddə 120 kilometrlik Suriya ərazisinin nəzarətini ələ keçirib.

Nəticədə yüzlərlə insan ölüb, 300 mindən çox insan evlərindən qaçmalı olub.

Bu həftə isə Türkiyə və Rusiya Soçidə kürd qüvvələrini Türkiyə və Suriya qüvvələrinin nəzarəti altında Türkiyənin ələ keçirdiyi həmin bölgənin hər iki tərəfindən çıxarmaqla bağlı razılıq əldə edib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə Qrupu şənbə günü bildirib ki, Türkiyənin “təhlükəsiz zona” adlandırdığı ərazidə təxminən iki minə yaxın Suriya qoşunu və yüzlərlə hərbi maşını yerləşdirilib. Qrupun bildirdiyinə görə, rejim qüvvələrini Rusiyanın hərbi polisi müşayiət edib.

Moskva bildirib ki, çərşənbə axşamı əldə olunan razılığa əsasən Rusiya kürd qüvvələrinin Türkiyə ilə sərhəddən 30 kilometr uzağa çəkilməsini təmin etmək üçün Suriyaya 300 hərbi polis göndərib.

Soçi razılığı altında YPG çərşənbə axşamınadək Türkiyənin nəzarət etdiyi ərazininin hər iki tərəfindən geri çəkilməlidir və bunun ardınca Türkiyə ilə Rusiya oradakı 10 kilometrlik ərazidə birgə patrula başlayacaq. Ankara Suriya torpağında Türkiyə ilə 440 kilometrlik sərdəd ərazisində buffer zonası yaratmaq və hazırda Türkiyədə olan 3.6 milyon suriyalı qaçqını orada yerləşdirmək istəyir.

Kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri Soçi razlığının bəzi müddəalarına qarşı çıxıb və hələ ki, bir neçə sərhəd postuna nəzarət edir.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü xəbərdarlıq edib ki, əgər kürd qüvvələri möhlət gününədək geri çəkilməsə, Ankara sərhədini “terrorçulardan təmizləyəcək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

“Ən böyük çətinlik  inhisarla mübarizədə gözlənilir” –