IV və VI siniflər üzrə monitorinqlərdə narahatedici nəticələr qeydə alınıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib. Nazir bildirib ki, IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələrinə əsasən, bəzi siniflərdə şagirdlərin 50-70 faizi minimal təhsil standartlarına cavab vermir. Onun sözlərinə görə, belə siniflərin sayı az deyil. “Şagirdlərin həmin siniflərdə minimal nəticələrə belə cavab verməməsinin bir neçə səbəbi var”, – Emin Əmrullayev qeyd edib. AzPost.az