İraqın paytaxtı Bağdadda dünən gecə naməlum silahlı şəxslərin etirazçılara hücumu nəticəsində azı 50 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı “Al Arabiya” telekanalı yayıb.
Qeyd olunur ki, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına yaxınlaşaraq oradakı etirazçılara atəş açıb. Atışma bir neçə saat davam edib.
Hələlik bu təxribatın arxasında kimin dayandığı müəyyənləşdirilməyib, lakin məlumdur ki, dəfələrlə nümayişçilərə qarşı silah işlətməkdə ittiham olunan təhlükəsizlik qüvvələrinin bu işdə əli yoxdur.