Bağdadi və onun iki arvadı intihar edib –Özlərini partladıblar

“Alarabiya” CNN-ə istinadən yazır ki, İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl-Bağdadinin olümü ilə bağlı ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi qeyri-rəsmi bəyan edib ki, “ən çox arzu olunan terrorçu”nu sağ ələ keçirmək mümkün olmayıb.

O, belinə bağladığı “şəhid kəməri”ni öz əli ilə partladıb və intihar edib. Cəsədin qalıqları hadisə yerindən götürülüb, DNT və biometrik test aparmaq məqsədi ilə Bağdada aparılıb.

“Newsweek” isə Pentaqondakı mənbələrinə istinadən xəbər verir ki, ABŞ-ın keçirdiyi hərbi əməliyyat zamanı əl-Bağdadinin iki arvadı da “şəhid kəməri”ni işə salaraq özlərini partladıblar. (musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ İŞİD liderini öldürmək üçün əməliyyatı Türkiyə ilə koordinasiya edib

Sonrakı məqalə

YPG/PYD terror təşkilatı Türkiyə sərhədindən çəkilməyi qəbul edib