Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

User 28 Sentyabr 2026 - 15:30 (Last updated: 28 Sentyabr 2026 - 15:30)
800x500 (1)

Bakcell və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb.

Təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyalarını bir araya gətirən yeni nəsil audio-vizual bələdçi istifadəyə veriləcək.

Audio-vizual bələdçi vasitəsilə ziyarətçilər abidələr haqqında müxtəlif dillərdə məlumat əldə edə, artırılmış reallıq texnologiyası (AR) vasitəsilə isə seçilmiş məkanların tarixi görünüşünü rəqəmsal şəkildə görə biləcəklər. Layihədə tətbiq olunan süni intellekt texnologiyaları isə ziyarətçilərə daha interaktiv təcrübə təqdim edəcək.

“Tarixi irsimiz keçmişimizi yaşatmaqla yanaşı, gələcək nəsillərə də müasir və maraqlı formatda çatdırılmalıdır. Bakcell olaraq inanırıq ki, innovativ texnologiyalar yalnız insanların gündəlik həyatını asanlaşdırmır, eyni zamanda mədəni irsin təbliği və tanıdılmasına və ziyarətçi təcrübəsinin zənginləşdirilməsinə də mühüm töhfə verir”, – deyə Bakcell-in baş icraçı direktoru Qunnar Panke bu rəqəmsal layihənin əhəmiyyətindən danışarkən bildirib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud qeyd edib ki, tətbiq olunan yeniliklər qurumun “Smart Heritage” konsepsiyasına keçidini sürətləndirir: “Məqsədimiz tarixi irsimizi müasir texnologiyalarla uzlaşdıraraq həm sakinlər, həm də şəhərimizin qonaqları üçün unikal təcrübə yaratmaqdır. Bu cür rəqəmsal yanaşmalar İçərişəhərin qlobal turizm mərkəzi kimi dayanıqlı inkişafına töhfə verəcək”.

 

Tərəfdaşlıq çərçivəsində Bakcell-in təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllər qoruğun rəqəmsal transformasiyasına dəstək verəcək. Bununla yanaşı, interaktiv rəqəmsal xəritələrin və audio-vizual bələdçi həllərinin hazırlanması, smart turizm ekosisteminin inkişafı, eləcə də tarixi abidələrin 3D skanı, modelləşdirilməsi və rəqəmsal əkizlərinin yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

AzPost.az

Post navigation

Previous: Nazirlik 2 inək verir –
Next: İranın Ali Rəhbəri Xameneyi müraciət yayımladı

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

maya sandu
  • Siyasət

Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

User 12 Noyabr 2026 - 15:23
“Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır“. Bunu Moldova prezidenti Maya Sandu Avropa Siyasi Birliyinin Sammitindən əvvəl jurnalistlərə açıqlamasında...
Read more about Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır
prezident
  • Siyasət

User 12 Noyabr 2026 - 15:21
rumen radev
  • Siyasət

User 12 Noyabr 2026 - 15:19
görüş
  • Siyasət

User 12 Noyabr 2026 - 15:16
Sabah 20 dərəcə isti olacaq hava
  • Sosial

Sabah 20 dərəcə isti olacaq

User 12 Noyabr 2026 - 14:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.