Bakı aeroportunda elektron sərhəd-keçid məntəqəsi işə salınacaq

Heydər Əliyev Beynəlxalq Aeroportunda “e-Gate” adlı iki elektron sərhəd-keçid məntəqəsi quraşdırılıb.

Bunu “APA-Economics”ə “İdrak Technology Transfer” şirkətindən deyiblər.Şirkətdən bildirilib ki, yeni avtomatlaşdırılmış məntəqənin funksionalı tam olaraq gələn həftə işə salınacaq.

“Funksional ondan ibarətdir ki, heç bir insan faktoru olmadan vətəndaş pasportunu özü skan edəcək. Məlumatların uyğunluğu yoxlanılacaq və heç bir nöqsan olmadığı təqdirdə keçid qapıları açılacaq və vətəndaş məntəqədən keçə biləcək. Bu prosedur 30 saniyə ərzində baş tutacaq. Hələ ki, sözügedən funksional yerli vətəndaşlar üçün nəzərdə tutulur”, – deyə şirkətdən qeyd ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İstanbula 12 milyondan çox turist gəlib

Sonrakı məqalə

“Parlamenti buraxmaq qərarı “yuxarıdan” gəlməyib, YAP-ın təşəbbüsüdür” –