Baki Dövlət Universitetində yeni kadr dəyişiklikləri –ADLAR

Bakı Dövlət Universitetində yeni kadr dəyişiklikləri olub.

Modern.az-ın əldə etdiyi xəbərə görə, Universitetin Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.

Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb.

Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova isə universitetin Xarici dillər kafedrasında pedaqoji fəaliyyətini davam etdirmək məqsədilə öz arzusu əsasında tutduğu vəzifədən azad olunub.

Qarşıdakı günlərdə kadr dəyişikliklərinin davam etdiriləcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə 300 min nəfər ünvanlı dövlət sosial yardımı alır –

Sonrakı məqalə

Milli Şuranın üzvləri  Baş Polis İdarəsinə çağırıldı –