Bakı-Gürcüstan yolunun bir hissəsində hərəkət məhdudlaşdırılaraq

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrinin sol tərəfində (Ucar ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 24 sentyabr tarixdən başlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Sürücülər qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalı, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etməlidilər.

Əvvəlki məqalə

Kremldən Pezeşkianın Rusiya ilə bağlı bəyanatlarına

Sonrakı məqalə

Azərbaycan yeni zirehli texnika istehsal edib