Bakı metrosunun 3 stansiya rəisi vəzifəsindən azad edilib

“Bakı Metropoliteni” QSC-nin “Sahil”, “Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri vəzifələrindən azad edilib.

 

Bildirilir ki, “Sahil” stansiyasının rəisi Taleh Məmmədov başqa işə keçdiyi üçün vəzifəsindən azad olunmaqla bağlı ərizə yazıb.

Metronun “Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri Alpaşa İsmayılov və Zahid Rəcəbov isə təqaüd yaşları çatdığı üçün əmək müqavilələrinə xitam verilib.

“Sahil” stansiyasına T.Məmmədovun yerinə Nurlan Nəbiyev, “Azadlıq prospekti” stansiyasına A. İsmayılovun yerinə Xalid Məmmədov və “Nəsimi” stansiyasına isə Z.Rəcəbovun yerinə Ramin Əliyev təyin edilib.

Yeni təyinata qədər Nurlan Nəbiyev “İnşaatçılar” stansiyasında, Xalid Məmmədov “28 May” stansiyasında, Ramin Əliyev isə “8 Noyabr” stansiyasında Mərkəzləşmə Məntəqə Növbətçisi vəzifəsində çalışıblar.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”un sorğusuna cavab olaraq kadr dəyişikliyini təsdiq edib.

Bu dəyişikliklə metronun 26 stansiyasının rəhbərliyi aşağıdakı kimi formalaşıb:

Stansiya rəisinin adı Hazırda rəhbərlik etdiyi stansiya Əvvəl rəhbərlik etdiyi stansiya
1 Əlişan Ağayev Avtovağzal Memar Əcəmi (Bənövşəyi)
2 Niyaz Alıyev Memar Əcəmi (Bənövşəyi) Qara Qarayev
3 Akif Məmmədov Şah İsmayıl Xətai Əhmədli
4 Yusif Kərimov Cəfər Cabbarlı Gənclik
5 Vüsal Zeynalov Nizami İmtahanla qəbul edilib
6 Şaiq Heydərov Elmlər Akademiyası Cəfər Cabbarlı
7 Sərdar Babayev İnşaatçılar Bakmil
8 Elçin Süleymanov 20 Yanvar İnşaatçılar
9 Şahvələd Hüseynov Memar Əcəmi İçərişəhər
10 Ramin Əliyev Nəsimi İmtahanla qəbul edilib
11 Xalid Məmmədov Azadlıq prospekti İmtahanla qəbul edilib
12 Faiq Həsənov Dərnəgül Avtovağzal
13 Cümşüd Cəfərov İçərişəhər Sahil
14 Nurlan Nəbiyev Sahil İmtahanla qəbul edilib
15 Müstəcəb Qurbanov 28 May Nəriman Nərimanov
16 Əli Mayılov Gənclik Elmlər Akademiyası
17 Seyfulla Vəliyev Nəriman Nərimanov Memar Əcəmi
18 Dəyanət Dadaşov Bakmil Şah İsmayıl Xətai
19 Elxan Zeynalov Ulduz Nəsimi
20 Vadim Məmmədov Koroğlu Həzi Aslanov
21 İlqar Rüstəmov Qara Qarayev Azadlıq prospekti
22 Mehman İbrahimov Neftçilər Koroğlu
23 Arif Həsənli Xalqlar dostluğu İmtahanla qəbul edilib
24 Cəmşid Cəfərov Əhmədli Neftçilər
25 Vidadi İbrahimov Həzi Aslanov 28 May
26 Yusif Şabanov 8 Noyabr Nizami
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib

Sonrakı məqalə

Sergey Lavrov Ukrayna Prezidentini Rusiyaya gəlməyə dəvət edib