Bakı Polisi avtomobildə erməni mahnısı səsləndirən şəxsi tutdu –

06.11.2019 · 11:21 · Sosial

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O, qeyd edib ki, faktla bağlı müvafiq araşdırmalar aparılır, hadisəni təfərrüatı öyrənilir.