Bakı Polisi sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma başlayıb –VİDEO

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırmaya başlayıb.

Azpost.info bildirir ki, sözügedən məsələ ilə bağlı APA-ya açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər barədə məlumatlıdır: “Müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, axşam saatlarında Bakıda iki nəfər şəxs avtomobillərin qarşısını kəsərək əllərindəki əşyalarla avtomobillərə zərər vurub. Sonra isə küçə ilə gedən qadına hücum ediblər. Daha sonra ətrafdakı insanlar həmin şəxslərin üzərinə hücum edərək onları döyüblər.

https://youtu.be/arkiZ6ouVCo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran prezidenti ad gününü göydə qeyd etdi, tort kəsdi:

Sonrakı məqalə

Ermənistan gecə atəşkəsi 22 dəfə pozub