Bakı Polisinin mətbuat xidmətinin rəhbəri ölümlə təhdid edilib –

FOTO
01 Oktyabr 2019 - 21:11

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Facebook” sosial şəbəkəsində ölümlə təhdid edilib.

“Report” xəbər verir ki, “Evez VAhidovic” adlı naməlum sosial şəbəkə istifadəçisi polis mayorunun fotosunu belə bir mətnlə paylaşıb:

“Kim bunu qətlə yetirsə 10 000 AZN manat verəcəm”.