Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.
Azpost.info e-huquq.az-a istinadən bildirir ki, idarənin rəis müavini, polis polkovniki Rəşid Piriyev tutduğu vəzifədən azad edilərək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.