Bakı şəhər DYP-nin rəisi Nüşirəvan Səfərov işdən çıxarıldı –ƏMR

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşirəvan Səfərov işdən çıxarılıb.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, N.Səfərov xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev “Azərişıq”-ın yeni sədrini qəbul etdi:

Sonrakı məqalə

Prezident Mingəçevirdəki qəzadan danışdı, “Barmek”i xatırlatdı: