Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda bütün market və apteklər bağlı olacaq –Həftəsonunda

“Bu həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda bütün marketlər və apteklər bağlı olacaq”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Bayramlı deyib ki, dərmana ehtiyac olarsa, təcili yardım xidmətləri təmin edəcək: “Fəaliyyətinə icazə verilən qurumların əməkdaşları öz avtomobilləri, həmin qurumların xidməti maşınları ilə işə gətirilə bilər. İmkanı olmayan qurumlar isə Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər. İşə icazə verilən qurumların əməkdaşları isə icaze.gov.az-dan qeydiyyatdan keçməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sərnişindaşıma 6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək tam dayandırılacaq

Sonrakı məqalə

“Keşikçidağ”da təxribat xarakterli hadisə qeydə alınmayıb –