Bakı-Sumqayıt yolunda güləşçi öz dostu tərəfindən bıçaqlandı

07 Yanvar 2020 - 22:12

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə DİN-in Ekoloji Nəzarət Postunun ərazisində qeydə alınıb. Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, N.Məmmədov Yunan Roma güləşi üzrə Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edir. (APA)