Bakı və Avropa İttifaqı saziş üzrə danışıqları tezliklə yekunlaşdırmaq istəyir
11 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov, bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri və bu xüsusda, Aİ-nin mümkün rolundan danışıb.
Avropa İttifaqının Komissarı Oliver Varhelyi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Görüşdə, həmçinin Ukraynada baş verən hadisələr, ölkədə böhranın aradan qaldırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələlərini qeyd etməklə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasına dair niyyətlərini ifadə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...