Bakıda əhali marketlərdə 16 milyard manat xərcləyib –On ayda

2019-cu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 16 milyard 929,3 milyon manat olub.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 7 milyard 748,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9 faiz artaraq 9 milyard 181,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Dövlət Statistika Komitəsi Azərbaycanda bir ayda adambaşına orta hesabla neçə manatlıq ərzaq məhsullarının alınması barədə açıqlama da yayıb. Məlumata görə, hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 159,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 155,4 manatlıq qeyri-ərzaq məhsulları alır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 314,5 manatlıq və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 14,1 manat çox əmtəə alıb.

2019-cu ilin yanvar-oktyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.  Ölkənin bütün regionlarında pərakəndə ticarət dövriyyəsində artım müşahidə olunmuşdur.

Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin doqquz ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə Abşeron iqtisadi rayonu üzrə 5,6 faiz, Quba- Xaçmaz iqtisadi rayonu üzrə 4,3 faiz, Bakı şəhəri üzrə 3,4 faiz, Aran iqtisadi rayonu üzrə 2,7 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2,3 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 2,3 faiz, Lənkəran iqtisadi rayonu üzrə 1,9 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 1,6 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1,4 faiz, Naxçıvan Muxtar Respublikası üzrə isə 0,7 faiz artmışdır. Bakı, Sumqayıt, Naftalan, Lənkəran, Şirvan şəhərləri, Ağstafa, Qax, Qusar, Xaçmaz, Bərdə, Biləsuvar, Salyan, Sabirabad və Ağdam rayonları üzrə pərakəndə ticarət dövriyyəsinin real artım sürəti ölkə üzrə orta artım sürətindən (3,0 faiz) yüksək olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Leş Tofiq”in daha bir ardıcılı Balakəndə yaxalandı –

Sonrakı məqalə

Şagirdlərə qanunsuz olaraq fərqlənmə attestatları verən direktor işdən çıxarılıb –