Bakıda 18 nəfəri aldadıb pullarını alan “üçlük” məhkəmə qarşısına çıxarılır

30 Oktyabr 2019 - 10:03

Bakıda 18 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Əlirza Mehdiyev, İmaməli Rəhimov və İsmayıl Nəzəriliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 18 nəfərin etibarından sui-istifadə edərək onların pullarını məniməsəyərək dələduzluq ediblər. (APA)