Bakıda 20 yaşlı gənc özünü 5-ci mərtəbədən atdı –

İntihara cəhd edib
09 Oktyabr 2019 - 12:31

Bakıda yaşayış binasının 5-ci mərtəbəsindən atıldığı deyilən şəxsin intihara cəhd etdiyi məlum olub.

1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlu oktyabrın 8-də 5 mərtəbəli binanın sonuncu mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Araşdırmalar zamanı son günlər ərzində onda psixi pozuntular müşahidə olunub.

Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.