Şəkidə ana azyaşlı övladı ilə birlikdə itkin düşüb.
Rayonun Böyük Dəhnə kəndində oktyabrın 26-da kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyeva Fatma Əliş qızı 2011-ci il təvəllüdlü qızı Allahverdiyeva Arzu Bəhruz qızı ilə birlikdə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bakıda isə gənc qız itkin düşüb.
Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 85-də yaşayan, 1997-ci il təvəllüdlü Əliyeva Yeganə Dağıstan qızı oktyabrın 25-də axşam saat 19 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.