Bakıda 32 yaşlı qadın doğuş zamanı şoka düşərək ölüb

Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Məmmədbəyli küçəsi, ev 16, mənzil 28-də yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı “39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü” diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Jak Şirakın dəfn mərasiminə 80 ölkənin lideri gələcək –

Sonrakı məqalə

ABŞ-a güclü qar yağdı –