Bakıda 6 gün əvvəl viskidən zəhərlənən şəxs xəstəxanada ölüb

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə 1 saylı Şəhər Klinitki Tibbi Mərkəzində qeydə alınıb. Dekabrın 29-da Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bünyatov Pərviz Şiraslan oğlu zəhərlənmə diaqnozu ilə KTM-nin Taksikologiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, P. Bünyatovun həyatı xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, P. Bünyadov restoranların birində viski içdikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lotu Quli Bakıya deport edildi

Sonrakı məqalə

Tanınmış naşirdən deputatlığa namizəd olanlara maraqlı təklif