Bakıda ana iki azyaşlı övladı ilə birgə Əyləncə Mərkəzinə gəldi –

Oradan yoxa çıxdı
06 Noyabr 2019 - 09:37

Bakıda ana azyaşlı övladları ilə birlikdə itkin düşüb.

Trend-in məlumatına görə, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əlizadə Lamiyə Allahverən qızı 2010-cu il təvəllüdlü oğlu Emil Məmişov və qızı, 2013-cü il təvəllüdlü Günay Məmişova ilə birlikdə oktyabrın 24-də yaşadığı evdən çıxıb “Megafun” Əyləncə Mərkəzinə gedib. L.Əlizadə əyləncə mərkəzində həyat yoldaşı ilə danışaraq paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bacısıgilə gedəcəyini bildirsə də, həmin ünvana getməyib və itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.