Bakıda arvadını bıçaqlayan şəxs təslim olub-Cinayət işi başlanıb

Bakıda arvadını bıçaqlayan şəxs polisə təslim olub.

Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Günel Babayeva münaqişə zəmində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ramiq Dadaşov tərəfindən bıçaqlanıb.

Qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Dadaşov könüllü şəkildə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Vaşinqton meri Milli Qvardiyanın geri çəkilməsini tələb edib