Bakıda avtobus TIR-la toqquşdu, ölən var –VİDEO

Bakıda avtobus qəza törədib, ölən var.

Hadisə bu gün səhər saatlarında Qaradağ rayonunda baş verib.

Faktla bağlı Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev APA-ya bildirib ki, hadisə bu gün səhər saat 10 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.

Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı avtomobilə çırpılıb: “Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb”.

Faktla bağlı araşdırılma aparılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib. Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

Bakıda bu ərazidə evlər sökülür, yeni yol çəkiləcək –

Sonrakı məqalə

“Qaz pulunda əsas artım böyük villaların üzərinə düşüb”