Bakıda Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqu keçirilib
Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik dialoqunun üçüncü raundu keçirilib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində paylaşım edib.
“Mən Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Enrike Moraya regional məsələlər, enerji/kiber təhlükəsizlik, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və s. mövzulara dair məhsuldar fikir mübadiləsinə görə minnətdaram”, - Hikmət Hacıyev qeyd edib.
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...