Bakıda bədii gimnastika üzrə dünya çempionatının keçirilməsinə icazə verilib

Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır.

Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, COVID-19 pandemiyası səbəbindən təxirə salınan və bu ilin mayında keçirilməsi gözlənilən yarışların təşkilinə həmin tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, Nazirlər Kabinetinin müvafiq qərarı ilə icazə verilib.

Sözügedən yarışlar Tokio-2020 Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21-23 may) və bu növ üzrə dünya çempionatıdır (27-29 may).

Bu turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, COVID-19 pandemiyasına görə ölkəmizdə görülən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə əlaqədar 2020-ci ildə Bakıya həvalə olunan 8 beynəlxalq turnirdən yalnız ikisi baş tutub. Digər yarışlar ləğv edilib və ya təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Edurad Çernin vəfat edib

Sonrakı məqalə

Minsk Qrupunun həmsədrləri bəyanat yaydı-