Bakıda bayram gecəsi 1 milyon insan küçələrə çıxıb –REKORD

Dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətindən  verilən məlumata əsasən, Yeni il gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə 1 milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb.

Əvvəlki illərdən fərqli olaraq, builki şənliklərdə paytaxtda daha çox qonaq qeydə alınıb. İnsanlar Bakıda yeni ili keçirmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər.

Qeyd edək ki, paytaxtın bütün park və meydanları, Dənizkənarı Milli Bulvar, əsas magistral yol və prospektlər, yol kənarları bayramsayağı bəzədilib və işıqlandırılıb. Parklarda yolkalar qurulub. Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.

Keçirilən bayram tədbirlərinin kulminasiyası Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilən atəşfəşanlıq olub ki, rekord sayda sakin və şəhərin qonaqları bura qatılaraq onu izləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İdmançının oğlunu 1 manata görə öldürən qatilin məhkəməsi başlanır –

Sonrakı məqalə

Göygöldə atanın oğlunu qətlə yetirməsi ilə bağlı cinayət işi başlanıb