Bakıda bu ünvanlardakı köhnə binalar söküləcək- SİYAHI

Paytaxtın bir neçə rayonunda abadlıq işlərinin aparılması, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, Nazirlər Kabineti tərəfindən 2016-cı ildə qəbul edilmiş 86 saylı qərara əsasən, 2021-ci ilədək paytaxtın 9 rayonunda köhnə binalar sökülərək yeniləri ilə əvəz ediləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qərarda bildirilir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri — yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması həyata keçirilməlidir.

Qərara görə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmalıdır. Və qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidir.

Qeyd edək ki, həmin qərara əsasən ilkin olaraq Bakıdakı 6 rayonda 17 bina söküləcək:

– Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Ağasadıq Gəraybəyli küçəsi, 41

– Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53A

– Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150

– Bakı şəhəri, Səbail ray. 20-ci sahə, A.İsmayılov küçəsi, 51

– Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, 7A

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəsəbəsi, 2 Aprel küçəsi , ev 8A

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. 2 Aprel küçəsi, 18

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. D.Pişəvari küçəsi, 13Q

– Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs. D.Pişəvari küçəsi, 15

– Bakı şəhəri, Suraxanı rayonu, Park küç., 32

– Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə dön.,17 ev 15

– Bakı şəhəri, Suraxanı rayonu, İ. Məmmədov küç. 6

– Bakı şəhəri, Suraxanı rayonu, İ. Məmmədov küç.8

– Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 42

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pakistan prezidenti Azərbaycana gələcək

Sonrakı məqalə

Azərbaycanda 14 mindən çox əkiz, 380-dən çox üçəm doğulub