Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər: “Çağırış saat 4:47-də daxil olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri mənzildə baş verib”.
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir. Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.
Digər iki qız müalicələrini davam etdirir.