Bakıda film kimi cinayət –VİDEO

İndi oxuyacaqlarınız hansısa filmin ssenarisindən götürülməyib. Bu həyat hekayəsi haqqı tapdalanmış ata və qadın arasında qalmış balaca Mirayın başına gələnlərdir. Mirayın valideynləri Tamerlan Bəşirovla, Samirə Bəşirova 2015-ci ilin yayında ailə qurur. Bundan təxminən 2 il sonra cütlüyün Miray adında qız övladı dünyaya gəlir. 

Mirayın nənəsi Kamilə Bəşirova oğlu Tamerlan və gəlini Samirənin birgə həyatını belə nəql edir: “İlk günlərdən uşağı dayənin himayəsinə verən Samirə analıq missiyasını bununla tamamlanmış hesab edir. Əlbəttə 3 yaşlı Bəşirova Miray da bütün uşaqlar kimi valideynlərinin əhatəsində böyümək istəyirdi, amma anası Samirə Bəşirova bu ailənin bütün dayaqlarını yerlə bir etdi”.

Kamilə Bəşirova qeyd edir ki, “Samirə özünə və Miraya aid olan bütün sənədləri, nikahın bağlanması haqqında şəhadətnaməni və bütün qızıl zinyət əşyalarını götürüb, xəlvəti anasının evinə gedir. Belə olan halda Tamerlan nikahın pozulması barədə ərizə ilə məhkəməyə müraciət etmək imkanından məhrum olur”.

29 fevral 2020-ci ildə Bəşirov Tamerlan, anası və azyaşlı qızı ilə “Koala” Parkda olarkən Bəşirova Samirə, Baxşıyeva Diana, Baxşıyevə Sevil və Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış üzrə keçmiş müvəkkili Lətif İmanov, onlara qəflətən hücum edərək Mirayı oğurlamağa müvəffəq olurlar.

 

Hadisənin videosunu sizə təqdim edirik:

Hadisənin tam videosu ilə bu linkdən ətraflı baxa bilərsiniz – https://www.youtube.com/watch?v=UnaKQoHuRF0 )

Hadisə zamanı Tamerlan Bəşirov, Kamilə Bəşirova və balaca Miray müxtəlif dərəcəli xəsarətlər alırlar. Burada bir sual meydana çıxır: Dağılan ailələrdə övlad məsələsi belə həll olunur? Təbii ki, xeyr. Bəs nə üçün Baxşıyevlər ailəsinin üzvləri bu cür zorakılığa əl atıblar? Araşdırmamız nəticəsində bir neçə səbəbi aydınlaşdırmağa müvəffəq olduq.

Mirayın anası, yəni Samirə Baxşıyeva bilir ki, o, Azərbaycan vətəndaşı deyil və belə olan halda məhkəmə uşağın onunla qalması barəsində qərar çıxarmayacaq. Başqa ölkənin vətəndaşı olan Samirə Mirayı hüquqi cəhətdən əldə edə bilməyəcəyini anlayıb və uşağı günün günorta çağı zor gücü ilə əvvəlcədən planlaşdıraraq bir qrup şəxsin köməyi ilə atasından almaq qərarına gəlib.

Kamilə Bəşirova deyir ki, paralel olaraq sosial şəbəkələrdə özünü “qurban” kimi qələmə verən “ana” sentimental tərəflərini büruzə verərək tərəfdar toplamağa çalışır. Halbuki videogörüntülərdə Samirənin qızına qarşı necə “nəzakətlə” davrandığı aydın görünür.

“Koala” parkında sifarişli cinayətlə üzləşmiş Tamerlan Bəşirov və təqaüdçü anası indi məsələnin hüquqi müstəvidə həllinə can atırlar. Qızına normal uşaqlığını yaşatmaq istəyən ata bütün instansiyalara müraciət edərək əlindəki faktları hüquq mühafizə orqanlarına göndərib. Tərəflər dəfələrlə üz-üzə gəlsələr də uşağın onlardan hansı birinin yanında qalması barədə razılaşma yoxdur.

Kamilə Bəşirova deyir ki, 3 aydan çoxdur ki, prokurorluqdan ədalətli qərar gözləyir. Amma prokurorluq orqanları bütün dəlillərlə təmin olunmasına baxmayaraq, gün kimi aydın məsələni yekunlaşdırmaq istəmir. 3 aydan çoxdur ki, prokuror və müstəntiq susub. Bizi qorxudan məqam isə odur ki, Azərbaycan vətəndaşı olmayan Samirə Mirayı da götürüb xaricə yollanacaq və ata qızından əbədi olaraq ayrı düşəcək.

Kamilə Bəşirova qeyd edir ki, onların yeganə ümid yeri dövlətimizin ədaləti və qanunlarımızın aliliyidir. Məhz bu qanunlar Tamerlanın son ümid yeridir.

Məsələ ilə bağlı vəkil Muxtar Mustafayevə müraciət etdik. Vəkilin sözlərinə görə, balaca Mirayın günün günorta çağı zor gücü ilə uşağın yaxın qohumu sayılmayan xalası tərəfindən oğurlanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələrinin təsiri altında düşür:

221.2.1 – bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq,
127.2.3 – xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma,
144.3 – yaxın qohum salılmayan xalası tərəfindən azyaşlı uşağın oğurlanması,
302.1 – qanunsuz izləmə, yəni əməliyyat-axtarış fəaliyyəti haqqıda qanunvericiliyi pozma,
322.2 – zor tətbiq etməklə özbaşınalıq.

Vəklinin fikrincə şəhərin mərkəzində hamının gözü önündə uşaq oğurluğu və digər cinayətlər törədildiyi halda hələ də bu məsələyə hüquqi qiymət verilməməsi təəssüfverici haldır.

Muxtar Mustafayev bu hadisənin hər bir vətəndaşın başına gələ biləcəyini qeyd edir: “Belə çıxır ki, kim kimlə yaşamaq istəmirsə o biri valideynə hücum edərək onun əlindən uşağı muzdluların köməyi ilə zorla almalıdır? Bir həmin videoya baxın. Görün ki, necə uşaq qorxudan stress keçirir. Onun həyatı boyu unutmayacağı stress bir yana, videodan da aydın görünür ki, uşağın dodaqları partlayıb və ona xəsarətlər yetirilib. Uşaqla yanaşı nənəsi Kamilə Bəşirova da zərərçəkmişdir. Onu yerə yıxaraq kəllə bəyin travması alması, ayaqlarının əzilməsi faktı məhkəmə tibbi ekspertizası tərəfindən təsdiqlənib. Biz bütün bunlara hüquqi qiymət verilməsini, uşağın yaxın qohumu olmayan şəxslərin bu oğurluğa cəlb olunması faktının araşdırılaraq, cinayət işinin açılmasını tələb edirik”. (Demokrat.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Övladlığa götürmə ilə bağlı yeni prosedur müəyyənləşib –

Sonrakı məqalə

Sumqayıtda qadın keçmiş əri tərəfindən bıçaqlanıb –