Bakıda İnam Bayramov adlı fitnes müəllimi idman zalında dünyasını dəyişib.
Bu barədə idmançının əmisi Tərlan Bayramov sosial şəbəkədə yazıb. 27 yaşlı İnam qəfildən yerə yıxılıb. Təcili Tibbi Yardım çağırılsa da, gec olub.
Onun ürəktutmadan öldüyü ehtimal edilir. Mərhum bu gün Salyanın Kür Qaraqaşlı kəndində dəfn olunacaq. (modern.az)