Bakıda gəlini və qayınanasını avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

Qəza Sabunçu qəsəbəsində baş verib.

1961-ci il təvəllüdlü Abdullayeva Tahirə İbrahim qızı və onun gəlini 1989-cu il təvəllüdlü Abdullayeva Şəfa Canəli qızı marketdən çıxaraq yolun əks istiqamətinə keçərkən onları minik avtomobili vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralıların vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ qoşunlarının Avropaya köçürülməsini NATO ilə müzakirə edir

Sonrakı məqalə

Boris Conson bu gün Ukraynaya səfər edəcək