Bakıda güclü külək su çənini aşırdı-

02.11.2019 · 23:43 · Sosial

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində güclü küləyin təsirindən su çəni aşıb.

2005-ci il təvəllüdlü Abbasov Amin Ramin oğlu küçədə hərəkətdə olan zaman həmin su çəni onun üstünə düşüb. A.Abbasov ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Güclü küləyin təsirindən, həmçinin Binəqədi-Xırdalan şossesində 1968-ci il təvəllüdlü Xəlilov Qalib Məzahir oğlunun üzərinə dəmir darvaza aşıb, yaralı ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.